Xəbər lenti

Atəşkəs pozuldu: yaralı var
Ölkə09:55 02.08.2013

Atəşkəs pozuldu: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

27 yaşlı Qazax sakini belindən yaralanıb

Ermənilər mülki azərbaycanlını yaralayıblar. Hadisə ötən gün saat 16:00 radələrində baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, “Qazel” markalı avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində ermənilər tərəfindən atəşə tutulub. 

Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini, Ağköynək kənd sakini, 27 yaşlı Hüseynov İqbal İlqar oğlu belindən güllə yarası alıb. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Xəstəxanaya yerləşdirilən gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Güllə yarası alan İqbal Hüseynov Ermənistanla sərhəddə yerləşən Abbasbəyli kəndindəki gölün yaxınlığında çimməyə getdiyini deyir. O qayıdarkən "Qazel" markalı avtomaşın qəfildən düşmən tərəfindən 2 istiqamətdən atəşə tutulub. 

Qeyd edək ki, adıçəkilən göl düşmən mövqelərinin yaxınlığında yerləşir və bu ərazidə erməni tərəfi mütamadi olaraq atəşkəsi pozur. 

Qaynar.info