Xəbər lenti

Atəşkəs: "Bu "sevgi"də kim uduzdu, kim uddu?"
Ölkə11:40 12.05.2013

Atəşkəs: "Bu "sevgi"də kim uduzdu, kim uddu?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzeyir Cəfərov

Bu gün Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-dəimzalanmış atəşkəs sazişinin növbəti ildönümü qeyd olunur. 19 il bundanöncə Bişkekdə imzalanmış o sənəd haqqında yəqin ki, bu gün yenə həmişəolduğu kimi müxtəlif fikirlər səsləndiriləcək: kimisi bu sənədin“uğurlarından”, kimisi isə onun bizə “bəxş etdiyi” irili-xırdalıfaciələrdən bəhs edəcək.

Sözsüz ki, 19 ilüstündən keçəndən sonra hələ də müəmma ilə dolu olan bu sənəd haqqındaAzərbaycan ictimaiyyətində birmənalı fikir yoxdur. Baxmayaraq ki, bəzisifarişli mirzələr yenə millətin gözünü öz ağ yalanları ilə örtməyə cəhdedəcəklər ki, ay atəşkəs belə gəldi, filankəs(lər) belə getdi. Birsözlə, həmişə olduğu kimi bunun da guya hansısa “uğur” olması haqqındanağıllar danışmağa cəhdlər ediləcək. Bəli, məhz cəhd edəcəklər, çünkiüstündən kifayət qədər vaxt keçib deyə indi o hadisələrin bilavasitəiştirakçısı olmuş şəxslər yaxşı bilirlər ki, bu bədnam atəşkəs bizə nəverdi? Yəni bu atəşkəs bizə düşdü, ya yox?

Bufikirlər ətrafında çox mülahizələr, mübahisələr irəli sürmək olar.Ancaq mən həmin qanlı döyüşlərin iştirakçısı kimi demək istəyirəm ki,atəşkəs bizə məhz o vaxt lazım deyildi. Çünki o vaxtlar həm xidmətkeçdiyim Füzulidə, həm də Tərtər istiqamətində ermənilər çox böyükuğursuzluqlara düçar olub QAÇIRDILAR. Məhz uğursuzluğa düçar olmuş, tamdepressiya vəziyyəti keçirən erməni-rus komandanlığı başlarınıitirmişdi.

Bilənlər bilir, bilməyənlərə dəqısaca xatırladım ki, Silahlı Qüvvələrimizin son ən uğurlu döyüşəməliyyatları da məhz 1994-cü ilin yanvar-mart aylarına təsadüf edib.Füzulinin indi işğaldan azad olunmuş 22 kəndi də ermənilərdən məhz ovaxt təmizlənmişdi. Tam məsuliyyətlə deyirəm ki, döyüş əməliyyatlarınındayandırılması haqqında göstəriş verən(lər) olmasaydı, indi qoşunlarıntəmas xətti, bəlkə də, Xankəndinin yaxınlığından keçərdi.

Ovaxtdan 19 il keçir deyə kimin haqlı, kimin haqsız olması barədədanışmaq mənasız olardı, bəlkə də. Lakin bu müddət ərzində Azərbaycanordusu nə qazandı, nə itirdi, yağı düşmənlərimiz olan Ermənilərinqazandıqları və itirdikləri  məsələsinə baxmağı vacib sayıram.
 
Heçkimə sirr deyil ki, ordumuz bu illər ərzində  bütövlükdə götürdükdə birMOTOATICI BRİQADA sayı qədər şəxsi heyətini itirib. Əgər bu sırayayaralanan, əlil olan, itkin və əsir düşən əsgərləri, həmçinin həlak olanzabit və gizirləri də əlavə etsək, onda bu rəqəm  mənim dediyim birdöyüş  briqadasının şəxsi heyətinin sayı qədər rəqəmə uyğun gələr. Bəlkədə, bundan da artıq olar, az olmaz. 

1988-ciildən ta atəşkəsə qədər real döyüş əməliyyatları zamanı cəmiitirdiklərimizin sayı təxminən 25-30 min nəfər arasında olubsa,  təkcə atəşkəs dövründə itirdiklərimizin sayı daha çox olub. Elə öz doğmalarınımüharibə getməyə-getməyə (atəşkəs zamanı) itirən valideynlərin hər dəfə"kaş ki, övladlarımız Vətən  uğrunda döyüşlərdə həlak olsaydı, buitkilər  bizi o qədər də ağrıtmazdı" sözlərini nə qədər ağır da olsa,başbilənlərimiz acı reallıq kimi qəbul etməlidirlər. Və hesab edirəm ki,övladlarını atəşkəs dövründə itirən insanların sözlərində böyük həqiqətvar. Əgər itirdiklərimizin bir hissəsini ermənilərin ayağına yazmaqmümkündürsə, yerdə qalanları birbaşa güc strukturlarının on illərləəvəzlənmədən vəzifələrində otur(uş)muş rəhbərlərində görmək lazımdır.

Cəbhəbölgəsinə, ən ağır və təhlükəli xidmət yerlərinə yetim-yesirin uşağınıgöndərənlər bir anlığa övlad itirmiş valideynlərin yerində özlərinitəsəvvür etsinlər. Hərçənd ki, bu mümkün olan iş deyil, amma bu birreallıqdır. Çünki öz ciyərparalarını Bakıda və ətraf hərbi hissə vəbirləşmələrdə saxlatdırıb onlara komfort şərait yaratmaqla onlar da buatəşkəs  faktorundan yetərincə  yararlandılar.

Hələbu harasıdır. Atəşkəs dövründə Azərbaycanda  generallarının sayı 4 dəfəartıb. Döyüşlərin qızğın vaxtında əgər 15-20 arası generalımız vardısa,indi təkcə Bakıda generalların sayı bir neçə yüzü  ötüb.  Rəsmitədbirlər zamanı bizim ərazisi o qədər də böyük olmayan Azərbaycanınşanlı generalitetini görən xarici qonaqlar az qala "havalanır":torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin də bu qədər"qırmızışalvarlılarımı" olar?
 
Atəşkəs eynizamanda bir çox adamlara da əməlli-başlı  uğur  gətirdi. Dünənə kimihərbi şəhərcikdə alababat şəraitdə yaşayan bəzi işbaz komandirlər bu günartıq çəkinmədən özlərinə təkcə Azərbaycanda yox, onun hüdudlarındankənarda da xeyli əmlak, mal-mülk alıblar.  Əsgər və zabitinin kifayətqədər problemləri olan dövlətin rəhbər şəxsləri bahalı kurortşəhərlərində dincəlir, bir çoxlarının isə səsi-sorağı  Nyu-York, Sofiya,Şarm-əl Şeyx, Dubay, Təl-Əviv kimi məşhur şəhərlərdən gəlir.

 İşo yerə çatıb ki, bizim güc strukturlarında xidmət keçən bəzikomandirlər özlərinə və havadarlarına yetərincə arxayındırlar və busəbəbdən etdikləri hərəkətlərə belə sədd qoymaq istəmirlər. Bir neçə günbundan öncə Xudat Sərhəd Dəstəsinin vəzifəli şəxsinin yol verdiyiözbaşınalıq isə az qalmışdı bizə növbəti İsmayıllı olaylarını yaşatsın.Maraqlıdır ki, bizim bəzi məsul şəxslər bu olaya siyasi çalar qatmaq,hadisəni tamam ayrı məcraya yönəltmək istədilər. Amma fakt faktlığındaqaldı ki, baş vermiş “alovu”söndürməyə Dövlət Sərhəd Xidmətinin rəisi,general-leytenant Elçin Quliyev şəxsən özü getməli oldu.

Qayıdırambizim atəşkəs məsələsinə. Eyni vəziyyəti  biz torpaqlarımızı işğalaltında saxlayan, heç bir beynəlxalq hüquq və normalara məhəl qoymayan Ermənistanda da  müşahidə edə bilərik. Onların işğalçı ordusu da kifayətqədər itkilərə məruz qalıb. Və bu 19 il ərzində onların yeganəqazandıqları işğal altındakı ərazilərimizdən daşıdıqları və bu gün dəfaydalandıqları tikinti materialları, meşə təsərrüfatımız oldu.

Bundanəlavə, onlar Kəlbəcərin və digər rayonların faydalı qazıntılarınışıxartmaqda davam edirlər. Şübhəsiz, ermənilər və onlara bu işdə dəstəkolan ruslar gözəl bilirlər ki, gec-tez onlar etdiklərinə görə həmAzərbaycan xalqı, həm də tarix qarşısında cavab verməli olacaqlar.Hələliksə, bu binəvalar bədnam atəşkəs faktorundan yararlanaraq, özçirkin niyyətlərini həyata keçirirlər.

Bir dəbiz o məqamı da unutmuruq ki, atəşkəs deyilən bir məhfum faktiki formalxarakter daşıyan, aktiv döyüş əməliyyatlarının olmayan bir şeydir. Hərgün televiziya kanalları və radio dalğaları bizə atəşkəs rejiminin bu vəya digər formada, yəni intensiv və ya arabir atəş formasında,pozulmasından xəbər verirlər. Bəzən bu xəbərlər içərisində hər birimiziağrıdan əsgər və ya zabit ölümləri haqqında da məlumatlar da yer alır.Elə bu sətirləri yazdığım zaman da telekanallarımızın birində növbətiatəşkəs rejiminin düşmən tərəfindən pozulması haqqında xəbərçatdırıldı.  Bunda deyiblər, al, bu da sənə atəşkəs...
 
ATƏTvə onun Minsk qrupu deyilən “üç müşketyor”u  isə hələ də Ermənistanıyerində oturda biləcək addımlar atmaqda acizlik nümayiş etdirir. Gələnil atəşkəsin yubiley – 20-ci ildönümü qeyd ediləcək. Qorxuram ki, bugedişlə Bakıda bu münasibətlə də atəşfəşanlıq etməyə ağlı olan qüvvələrtapıla. Necə ki, Şuşanın işğalı günündə bizim bəzi “ağıllılar” sankikimliklərini unudaraq mənasız və bayağı konsert proqramı ilə nəetdiklərinin belə fərqinə varmadılar. Həmin dəqiqələrdə isə ermənilərəzəli torpaqlarımızdan olan Xan Şuşamızda işğalçı xisləti ilə bayramtədbirləri keçirirdilər.
 
Özünüz nəticə çıxarın: bu  gedişlə biz, görəsən, bundan sonra daha neçə atəşkəs ildönümləri qeyd edəcəyik?