ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç Emin Hüseynov və RATİ-yə təzyiqlər barədə bəyanat yayıb.
365.Az-ın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, D.Miyatoviç RATİ-yə və onun rəhbərinə qarşı artan təzyiqləri pisləyib, Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıb.
O, E.Hüseynovun mənzilində aparılmış axtarışların, ailəsinin təhdid olunmasının və hüquq müdafiçəsinin anasına məxsus kompyuterin müsadirə olunmasının yolverilməz olduğunu bildirib.
Dünya Miyatoviç həmçinin Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılının bank hesabının dondurulmasını da pisləyib, hüquq müdafiəçilərinə qarşı sərt addımlardan çəkinməyə çağırıb. Qaynar.info