Xəbər lenti

ATƏT nümayəndəsinin 22 il əvvəl Şuşada çəkdiyi görüntülər
Ölkə19:03 07.09.2022

ATƏT nümayəndəsinin 22 il əvvəl Şuşada çəkdiyi görüntülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, peşəkar diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayıb. 
Qaynarinfo xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.
"Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” - paylaşımda deyilir.