Xəbər lenti

ATƏT sədri Azərbaycana gəldi
Ölkə18:25 31.05.2015

ATƏT sədri Azərbaycana gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, iyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək. ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək. İvitsa Daçiç iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.
Qaynar.info