Hacıqabul rayonu, Xilə kəndində qonşunun atını bağlı otaqda saxlayıb öldürən şəxsə hökm oxunub.
Qayanrinfo-nun məlumatına görə, 1997-ci il təvəllüdlü C.B. həmin kənddə yaşayan Musa Əvəz oğluna məxsus atı öldürməkdə təqsirləndirilərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək deyib ki, zərəçəkmiş şəxsin atı dəfələrlə onun sahəsinə girərək otlayıb və yaşılığı məhv edib. Buna görə də dəfələrlə Musaya öz etirazını bildirərək, atına nəzarət etməsini tapşırıb. Zərərçəkmiş şəxsin atı yenidən ona məxsus torpaq sahəsinə daxil olaraq yaşıllığı məhv edib, bundan əsəbləşərək heyvanı yaxınlıqda olan istifadə edilməyən bağlı otağa salıb və bir neçə gün sonra at orada ölüb.
Məhkəmənin qərarı ilə C.B. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 500 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər