Xəbər lenti

ATV-də daha bir veriliş bağlandı
Ölkə10:33 11.03.2016

ATV-də daha bir veriliş bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azad Azərbaycan” telekanalında yayımlanan “Mənim mətbəxim” verilişi yayımını dayandırıb.

Lent.az xəbər verir ki, bunu verilişin aparıcısı müğənni Niyam Salami deyib: “Verilişə başlamamış sponsorla 4 aylıq müqavilə bağladıq. Müqavilə başa çatandan sonra həmin şəxslər sponsorluq etməkdən imtina etdilər. Beləcə, veriliş yayımını dayandırmalı oldu. Düşünürəm ki, “Mənim mətbəxim” verilişi 4 ay ərzində yaxşı baxıldı.

Xatırladaq ki, “Mənim mətbəxim” verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanırdı. Həmin verilişdə N.Salamidən öncə aparıcı Mətanət Əlverdiyeva aparıcılıq edirdi.

Qeyd edək ki, ATV-də daha bir mətbəx verilişi “Duz və istiot” da bağlanıb. Həmin verilişin aparıcısı isə əməkdar artist Zöhrə Abdullayeva idi. 

Qaynar.info