Xəbər lenti

ATV-də “İlin son komediyası” olacaq
Ölkə10:44 09.12.2016

ATV-də “İlin son komediyası” olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər il olduğu kimi ATV bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü üçün fərqli və maraqlı bir layihə hazırlayıb. 
Qaynarinfo.Az xəbər verir ki, bu, komediya janrında fərqli stildə çəkilmiş Yeni il filmidir. Filmdə ATV-nin bütün aparıcıları, tanınmış aktyorlar rol alıb. 
Ssenariyə əsasən ATV-nin aparıcıları Yeni ili qeyd etmək üçün şəhərdən kənardakı otellərdən birinə yollanırlar. Həmin vaxt otelin sahibi üçün olduqca dəyərli əşyalardan biri itir. Oteldə istirahət edən aparıcılar şübhəli qismində görülür. Və hamı o dəyərli əşyanı tapmaq üçün yollar axtarır. Əsl macəra da bundan sonra başlayır. 
Komik situasiyalar, maraqlı səhnələr, həmçinin həyəcanlı və duyğulu məqamlar bu film üçün xarakterikdir. Film gözlənilməz sonluqla bitir.
Qeyd edək ki, film 31 dekabrda ATV-də yayımlanacaq. 
Qaynarinfo.Az