ATV yeni mövsümə “Oyun başladı” adlı video-çarxla başlasa da, “Ardı var”la davam edir. Ard-arda yayımlanan yeni mövsüm anonslarının sonluğu hələ göstərilmir. ATV-nin Dizayn şöbəsinin yeni mövsümə təqdimatının, elə özləri demişkən, ardı var.
Bütün bu video-çarxların nə ilə nəticələnəcəyi hələ ki, sual altındadır.
Qeyd edək ki, video-çarxlarda kanalın yeni mövsümdə simaları, aparıcılar çəkilib.