Xəbər lenti

ATV-də yeni təyinatla bağlı rəsmi açıqlama
Ölkə12:06 27.02.2018

ATV-də yeni təyinatla bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mediada ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovun "Azad Azərbaycan Teleradio və Yayım şirkəti”nə reklam diektoru təyin olunması ilə bağlı yayılan xəbərə hər iki kanaldan rəsmi açıqlama verilib.
"Reklam fəaliyyətinin effektivliyini artırmaq məqsədilə, "ATV” və "ARB” telekanallarının rəhbərliyi 2018-ci ilin fevralın 27-dən etibar iki telekanalın reklam satışını mərkəzləşdirmək qərarına gəlib. Reklam şirkətləri və bu telekanallar arasında bundan öncə mövcud olan qarşılıqlı öhdəliklər qüvvədə qalır. Razılığın detalları Azərbaycan reklam bazarının bütün iştirakçılarına təqdim olunub və bu barədə məlumatlar ictimai əhəmiyyət kəsb etmir” deyə açıqlamada qeyd edilir.