Azərbaycanlı tələbə İbrahim Fərhadlının Türkiyədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər vermişdik. Bakı Dövlət Universitetini bitirən həmyerlimi magistratura təhsili aldığı İstanbul Texniki Universitetində imtahanda iştirak üçün İstanbula gedib.
Təyyarədən endikdən sonra halı dəyişib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb. Tələbəyə leykoz diaqnozu qoyulub. Vəziyyəti çox ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyinə belə izn verməyiblər və dərhal reanimasiya şöbəsinə yatırılıb. Bu xəstəxanada cəmi 2 gün içərisində 13,300 dollar borc yazılıb. Medopil klinikası getdikcə artan bu miqdarı ailəsinin təkbaşına ödəyə bilməyəcəyini öyrəndikdən sonra artıq xəstəxanada saxlamaq istəməyib. Dostların köməkliyi ilə İbrahimi başqa bir xəstəxanaya köçürməli olublar.
İbrahim Fərhadlının müalicəsinə olduqca böyük vəsait tələb olunduğundan ölkə ictimaiyyət dəstək kampaniyasına start verib, bank hesabları açılıb.
Bu arada ATV-nin aparıcıları və yaradıcı heyəti İbrahim Fərhadlıya dəstək məqsədi ilə video-rolik hazırlayıb. Həmin roliki təqdim edirik.
İbrahimin ailəsi: Atası: Hacıyev Tərlan Fərhad oğlu (+994 55 203 1905)
Anası: Süleymanova Leyla Bədrəddin qızı
Qardaşları: Hacıyev İsmayıl Tərlan oğlu (İstanbulda yaşayır: +90 555 533 1905),
Hacıyev Mikayıl Tərlan oğlu (Bakıda yaşayır, Azerfon-da işləyir:+994 70 201 1530)
Mikayıl Hacıyev adına açılmış Azərbaycandakı Bank hesabı:
Hesab nömrəsi:AZ87MOSZ41010944130279487001
Hesabın sahibi: Hacıyev Mikayıl Bank: QSC "Bank Standard” KB SWIFT: MOSZAZ22 Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944 Kod: 502337 VÖEN 9900006801
Yardımı nağd olaraq çatdırmaq istəyənlər üçün isə aşağıdakı insanlara müraciət edə bilərsiniz: Teymur - +90 530 615 4964 (İstanbul) Huseyn – 0702012021 (Bakı) / Kamal – 0702011543 (Bakı) / Rəşid – 0556232436 (Bakı)