Xəbər lenti

ATV-nin aparıcısı: "O şərəfsizə, alçağa..." (FOTO)
Ölkə08:44 05.12.2017

ATV-nin aparıcısı: "O şərəfsizə, alçağa..." (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naməlum şəxs ATV kanalının aparıcısı Aytən Səfərovanın adından istifadə edərək dələduzluq edib.
Qaynarinfo xəbər verir ki, Aytən Səfərova bu barədə "Facebook"da məlumat yayıb. O bildirib ki, dələduz onun adından Qobuda yaşayan şəxslərdən pul istəyib:
"Bu gün səhər mənə Qobudan zəng gəldi. Yaşlı xanım iddia edir ki, mənim adımdan Naim (və ya Naib) adlı şəxs camaata qarşı dələduzluq edir. Deyir ki, guya mənə məxsus şirniyyat evi var, bu şirniyyatları guya satır, guya mənim işçimdir. Camaatdan (həmin qadının iddiasına görə) "maşın xarab olub” adı ilə 200 AZN alıb. Saxta mobil nömrə qoyub və yoxa çıxıb. Bu ağbircək də xalq arasında hörmətim olduğu üçün inanıb. Əziz soydaşlarım, mənim heç bir obyektim, mülküm, hətta mənzilim belə yoxdur. Mənim işçilərim, şəxsi biznesim yoxdur. O, alçaq və şərəfsiz kimdirsə, aldanmayın! Mənim adımı hallandıran hər kəsə layiqli cavab verin və ya dərhal mənə xəbər edin. Dələduzları məsuliyyətə cəlb etmək lazımdır”.