Xəbər lenti

ATV-nin eks direktoru “Space”də yüksək posta gətirilir
Ölkə10:18 03.06.2021

ATV-nin eks direktoru “Space”də yüksək posta gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün "Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.
Qaynarinfo-nun Bizim.Media-a istinadən məlumatına görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir. 
Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.
Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də "Space” telekanalına rəhbər təyin olub.