Xəbər lenti

ATV-nin işçisi yol qəzasına düşdü
Ölkə10:22 28.08.2013

ATV-nin işçisi yol qəzasına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
 
ATV-nin Cəlilabad bürosunun əməkdaşı, 33 yaşlı Rəşad Əkbər oğlu Süleymanov çəkilişə gedərkən idarə etdiyi “VAZ-2107” markalı avtomobilin idarəetməsini qəfildən itirib. Avtomobil bir neçə dəfə fırlanmaqla yolun kənarına düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayaraq yarasız hala düşüb. Telejurnalist yüngül xəsarətlər alıb.
 
R. Süleymanovun sözlərinə görə, hərəkətdə olarkən yoluna “VAZ-21099” markalı avtomobil çıxıb və onunla toqquşmamaq üçün avtomobili yoldan kənara çıxarmağa səy göstərib və nəticədə qəzaya səbəb olub.
 
Hazırda yol polisi qəza şəraiti yaradan avtomobilin tapılması istiqamətində axtarışlar aparır.
 
Qaynar.info