Xəbər lenti

ATV telekanalının yayımında dəyişiklik edildi
Ölkə13:16 20.03.2020

ATV telekanalının yayımında dəyişiklik edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası ölkədə aparılan koronavirusla mübarizə tədbirlərinə dəstək məqsədilə proqram şəbəkəsində dəyişiklik edib. 
Qaynarinfo xəbər verir ki, 20 mart tarixindən başlayraq ATV telekanalı tamaşaçılara operativ məlumat çatdırmaq üçün saat 12:00-dan etibarən hər saatın tamamında "Xəbər” buraxılışı təqdim edir.
Kanalda yayımlanan müxtəlif formatlı verilişlərin hər birinə koronavirusla mübarizə yollarından danışan mütəxəssislər cəlb olunub və insanların virusdan qorunma yollarını  ətraflı izah edən sosial çarxlar hazırlanıb nümayiş olunur.
Bayram günlərində evdə olan və ətraf mühitlə təması məhdudlaşdırmağa məcbur qalan insanları əyləncəli proqramları ilə darıxmağa qoymayan ATV kanalı koronavirusla mübarizə yollarının izah olunmasında da tamaşaçısının yanında olacaq.