
Son günlər ATV telekanalında yayımlanan Yoxlama verilişinin əməkdaşlarının Şamaxıdakı restoranların birində döyülməsi günlərdir ki, gündəmdən düşmür.
Qaynarinfo.az xəbər verir ki, hər həftə çəkiliş qrupu ilə müxtəlif ictimai iaşə obyektlərində yoxlama aparan jurnalistlər, həmin yerlərdəki antisanitar vəziyyətləri üzə çıxararaq tamaşaçlya təqdim edir. Bu dəfə isə aparıcı və operatorların döyülməsi rəsmi qurumların da diqqətindən yayınmadı. Artıq baş verən hadisəylə bağlı Bakı Şəhər Baş Prokrorluğuna müraciət edilib. Milli Televiziya Radio Şurası isə verilişdə heç bir qaydanın pozulmadığını qeyd edərək, jurnalistlərin işlərini rahatlıqla görə bilməsinin önəmli olduğunu açıqlayıb. Verilişin aparıcısı Azər İsmayılov isə baş verən hadisə haqda ətraflı danışdı:
“On dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri gəlib, kənarda dayanıb bizi izlədi. Biz mətbəxin çirkli yerini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı. Hər bir istehlakçı tamaşaçıdır. Hər kəsin haqqı var ki, yemək yediyi yerə daxil olub, oranın gigyenik vəziyyəti barədə məlumat əldə etsin. Biz də veriliş vasitəsi ilə xalqa doğru-düzgün məlumat veririk”.
Qaynarinfo.az

