Xəbər lenti

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqləndi (FƏRMAN)
Ölkə12:00 17.09.2022

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqləndi (FƏRMAN)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib.
Qayanrinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, həmin dövlət orqanları aşağıdakılardır:
1. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – "AzTV” televiziya yayımçısı.
2. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – "İdman TV” televiziya yayımçısı.
3. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – "Mədəniyyət TV” televiziya yayımçısı.
4. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – "Azərbaycan Radiosu” radio yayımçısı.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – "ASAN Radio” radio yayımçısı.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – "Avto FM” radio yayımçısı.