Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Qaynarinfo xəbər verir ki, araşdırma zamanı, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndəriləcək.
Şərhlər