Xəbər lenti

Avqustun ilk günü: Bakıda 35, bölgələrdə 38 dərəcə isti...
Ölkə08:57 31.07.2023

Avqustun ilk günü: Bakıda 35, bölgələrdə 38 dərəcə isti...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.