
Bu gün Fransanın paytaxtı Paris şəhərində 2016-cı ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib.
Tədbirdə təşkilatçı qurumun dəvətinə əsasən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Qeyd edək ki, SOCAR bu çempionatın, o cümlədən Avro-2016-nın seçmə mərhələsinin sponsorlarından biridir.
Qaynar.info