Xəbər lenti

Avro bahalaşır
Ölkə05:25 22.06.2015

Avro bahalaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1911 AZN-dən 1,1921-ə qədər yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə ucuzlaşıb. Belə ki, 1 dollar 1,0474 AZN-dən 1,0473-ə qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə olunub. 1 rubl 0,0196-dan 0,0193 manata qədər azalıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info