Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1476-dan 1.1487-yə kimi yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində dəyişiklik qeydə alınmayaıb. Dollar 1.0495-dən satılır.
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0184-dən 0.0183 manata düşüb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info