Xəbər lenti

Avro ucuzlaşdı, dollar dayandı
Ölkə04:50 01.04.2015

Avro ucuzlaşdı, dollar dayandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 avro bir gündə 1.1317-dən 1.1304-ə qədər ucuzlaşıb. 
ABŞ dollarının məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, 1 ABŞ dollarının bu günə olan məzənnəsi 1.0485 olaraq müəyyən olunub.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun bu günə olan məzənnəsi 0.0182-dən 0.018-ə düşüb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Qaynar.info