Xəbər lenti

Avroliqanın finalı ilə bağlı bu yollarda hərəkət məhdudlaşacaq
Ölkə06:40 29.05.2019

Avroliqanın finalı ilə bağlı bu yollarda hərəkət məhdudlaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar bu gün Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Qaynarinfo-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq:
"Bu səbəbdən paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur".
Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.