
Səhər saatlarında Heydər Əliyev prospektində yanğın baş verib.
"Qaynar" APA TV-yə istinadən xəbər verir ki, şəhər istiqamətində olan maşın qəfil alışıb. Sürücü maşını saxlamağa və salonu tərk etməyə müvəffəq olub. "Avromed" şirkətinə məxsus maşın külə dönüb. Alışmanın səbəbi məlum deyil.
Qaynar.Az