
Xatırladaq ki, Avropa çempionumuz Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olmuşdu. Karyerasını bitirən idmançının bundan sonra nə işlə məşğul olacağı maraq doğururdu.
Zülfüqar Süleymanov “Facebook”-da təlim məşq zamanı çəkilmiş videosunu paylaşıb.
Onun məşqçi kimi zala qayıtdığını düşündük və idmançıya suallarımızı ünvanladıq. Publika.Az-a danışan Süleymanov videonun çəkilmə tarixi barədə məlumat verdi: “Bu video martın 6-sı 2014-cü il tarixində məşq zamanı çəkilib. Yəni məlum məsələlər olmamışdan 2 gün öncə ...”
Həmin videoda 138 kq-ın öhdəsindən gələn idmançı məşqçi kimi fəaliyyətini davam etdirib- etdirməyəcəyi ilə bağlı suala o, belə cavab verdi: “Məşqçi kimi hər hansı bir yerə təyin olunmamışam. Bilmirəm mümkündür, ya yox? Zirvə klubundan mənə boş qalmayım deyə, “buyur, zalda məşğul ol” deyilib. Məşqlərdə iştirak edirəm”.
Qaynar.info