Xəbər lenti

Avropa Hərəkatı rəsmiləri Avropa parlamentində - FOTO
Ölkə09:50 19.07.2013

Avropa Hərəkatı rəsmiləri Avropa parlamentində - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatının rəsmiləri - hərəkatın baş katibi Aygül Cəfərova və İctimaiyyətlə Əlaqələr üzrə katibi Pərviz Əzimov belçikanın paytaxtı Brusseldə rəsmi səfərdə olublar.  

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin Şərq Tərəfdaşlığı prosesinə cəlb olunması" layihəsi çərçivəsində baş tutan səfər zamanı Avropa Parlamentinin deputatları, Avopa Xalq Partiyasının rəsmiləri, Beynəlxalq Avropa Hərəkatının rəhbərliyi ilə görüşlər keçirilib.

Görüşlər zamanı əsas müzakirə olunan məsələ Azərbaycanda keçirilməsi planlaşdırılan Vətəndaş Cəmiyyəti Şərq Tərəfdaşlığı Konqresi ilə bağlı hazırlıq işlərinin görülməsi və dəvət olunacaq şəxslərin müəyyənləşdirilməsi olub.

Bundan başqa görüşlər zamanı Avropa Parlamenti və Avropa Xalq Partiyası ilə Azərbaycandakı siyasi inistutlar və Vətəndaş Cəmiyyəti təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub. 

Qaynar.info