Xəbər lenti

Avropa Hərəkatından yeni layihə
Ölkə07:47 24.05.2013

Avropa Hərəkatından yeni layihə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatı Konrad Adenauer Fondu ilə yeni layihənin icrasına başlayıb.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, "Avrointeqrasiyada Vətəndaş Cəmiyyətinin Rolu" adlanan layihənin əsas məqsədi Azərbaycanın da qoşulduğu Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı üzrə gənc ekspertlərin yetişdirilməsidir. Layihə çərçivəsində 10-u Azərbaycanın müxtəlif gənclər təşkilatlarının üzvü olmaqla, ümumilikdə 14 gəncə bu proqram haqqında təlimlərin keçirilməsi, gənc ekspertlərin Şərq Tərəfdaşlığı proqramı ilə bağlı yazılarından ibarət jurnalın çapı və konfransın təşkili nəzərdə tutulub.

2 ay davam edəcək layihə çərçivəsində gənclərə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar Bayramov, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, millət vəkili Asim Mollazadə, Milli Məclisinin Şərq Tərəfdaşlığı proqramı üzrə müşaviri Vüqar Məmmədov, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Xarici İşlər Nazirliyinin nümayəndəsi Elman Abdullayev proqram üzrə təlimlər keçəcəklər.

Qeyd edək ki, layihə 2 ay müddətinə davam edəcək.

Qaynar.info