Xəbər lenti

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə başsağlığı verdi
Ölkə09:35 21.05.2015

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Qaynar.info Azərtac-a istinadən xəbər verir ki, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Azərbaycan Prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

İlham Əliyev və Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar. Dövlət başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul edilib.

Qaynar.info