UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, VI turun son 12
matçının yekununda daha 5 vəsiqənin taleyinə aydınlıq gəlib. Türkiyə təmsilçilərindən
yalnız "Başakşehir" 1/16 finala yüksəlməyi bacarıb. İstanbul
komandası Almaniyada Mönhenqladbax "Borussiya"sını 2:1 hesabı ilə
yenib.
J qrupunun paralel matçında "Roma" İtaliyada
Avstriya "Volfsberq"i ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə
"Başakşehir" qrup lideri, "Roma" isə 2-ci yerin sahibi kimi
mərhələ adlayıb.
Türkiyənin daha 2 təmsilçisi - "Beşiktaş" və
"Trabzonspor" isə qrupda qalıb.
Qalan 3 vəsiqəni isə "Reyncers”, "Porto” və "Lüdoqorets” əldə
edib.
Beləliklə, 1/16 finala İspaniyanın "Sevilya",
"Espanyol" və "Xetafe", İngiltərənin "Mançester
Yunayted", "Arsenal" və "Vulverhempton",
Portuqaliyanın "Portu", "Braqa" və "Sportinq",
Almaniyanın "Ayntraxt" və "Volfsburq", Şotlandiyanın
"Reyncers" və "Seltik", İtaliyanın "Roma",
Hollandiyanın "AZ", Türkiyənin "Başakşehir", Belçikanın
"Gent", Avstriyanın "LASK", Bolqarıstanın
"Lüdoqorets", Rumıniyanın "ÇFR", Kiprin "APOEL",
Danimarkanın "Kopenhagen", İsveçin "Malmö", İsveçrənin
"Bazel" komandaları yüksəlib.
Onlara Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə
başa vurmuş 8 klub - Almaniya "Bayer"i, İtaliya "İnter"i,
Portuqaliya "Benfika"sı, Hollandiya "Ayaks"ı, Belçika
"Brügge"si, Yunanıstan "Olimpiakos"u, Ukrayna
"Şaxtyor"u və Avstriya "Zaltsburq"u da qoşulub.
Qeyd edək ki, 1/16 final mərhələsinin püşkü dekabrın 16-da
atılacaq.
G qrupu
24:00. "Reyncers" (Şotlandiya) - "Yanq
Boyz" (İsveçrə) - 1:1
24:00. "Portu" (Portuqaliya) -
"Feyenoord" (Hollandiya) - 3:2
Xal durumu: "Portu" - 10, "Reyncers" -
9, "Yanq Boyz" - 8, "Feyenoord" - 5.
H qrupu
24:00. "Espanyol" (İspaniya) - MOİK (Moskva,
Rusiya) - 0:1
24:00. Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş"
(Macarıstan) - 1:1
Xal durumu: "Espanyol" - 11,
"Lüdoqorets" - 8, "Ferentsvaroş" - 7, MOİK - 5
I qrupu
24:00. "Volfsburq" (Almaniya) -
"Sent-Etyen" (Fransa) - 1:0
24:00. "Gent" (Belçika) - "Aleksandriya"
(Ukrayna) - 2:1
Xal durumu: "Gent" - 12, "Volfsburq" -
11, "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.
J qrupu
24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) -
"Başakşehir" (Türkiyə) - 1:2
24:00. "Roma" (İtaliya) - "Volfsberq"
(Avstriya) - 2:2
Xal durumu: "Başakşehir" - 10, "Roma" -
9, "Borussiya" - 8, "Volfsberq" - 5.
K qrupu
24:00. "Vulverhempton" (İngiltərə) -
"Beşiktaş" (Türkiyə) - 4:0
24:00. "Slovan" (Bratislava, Slovakiya) -
"Braqa" (Portuqaliya) - 2:4
Xal durumu: "Braqa" - 14,
"Vulverhempton" - 13, "Slovan" - 4, "Beşiktaş" -
3.
L qrupu
24:00. "Mançester Yunayted" (İngiltərə) - AZ
(Hollandiya) - 4:0
24:00. "Partizan" (Serbiya) - "Astana"
(Qazaxıstan) - 4:1
Xal durumu: "Mançester Yunayted" - 13, AZ - 9,
"Partizan" - 8, "Astana" - 3.
Şərhlər