Xəbər lenti

Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman11:45 30.08.2024

Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
Qaynarinfo xəbər verir ki, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.
Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budo Qlimt" (Norveç) ilə görüşəcək. Növbəti qarşılaşmalar "Styaua" (Rumıniya) ilə Bakıda, "Elfsborq"lə İsveçdə gerçəkləşəcək.