Xəbər lenti

İdman 21:54 09.07.2026

"Qarabağ" Avropa Liqasına darmadağınla başladı (YENİLƏNİR)

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
9 iyul
 
Qarabağ (Azərbaycan) - Vestri (İslandiya) 3:0
Qollar: Zəkəriyyə Savo, 30. Abdullah Zubir, 45+2. Renaldo Sefas, 86.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Jali Muaddib, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermansson, 29. Konstantin Çeşmedyev, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 2. Qabriel Kristyansson, 4. Fatai Qbadamosi, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 27. Albin Mörfelt, 45. Qudmundur Eynarsson.
Baş məşqçi: Daniel Osafo-Badu.
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).
VAR: Luka Çibelli (İsveçrə).
AVAR: Anoen Kanaqasinqam (İsveçrə).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->