Xəbər lenti

Azərbaycanlı futbolçu
İdman 17:45 09.07.2026

Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı

Almaniyanın "Herta” klubu azərbaycanlı futbolçu Raul Süleymanovla peşəkar müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanın U-21 millisinin üzvü 2-ci Bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:

"Etimada görə təşəkkür edirəm. "Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Raul Süleymanov "Herta”nın gənclərdən ibarət komandasında çıxış edirdi. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->