Böyük Britaniya Milli Statistika Bürosunun (ONS) məlumatına görə, Məhəmməd adı ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə yeni doğulan oğlan uşaqları arasında ən çox seçilən ad olub.
Qaynarinfo xəbər verir ki, statistikaya əsasən, 2024-cü ildə Məhəmməd adı 5 957 yeni doğulan oğlan uşağına verilib. Bu, 2023-cü illə müqayisədə 236 nəfər çoxdur.
Ən populyar oğlan adlarının ilk beşliyinə Noa, Leo, Luka və Artur" da daxil olub.
Məlumatda qeyd edilir ki, ən çox istifadə olunan yazılış forması məhz Məhəmməd olub. Ən populyar 100 ad siyahısında Mohammed və Mohammad yazılış variantları da yer alaraq müvafiq olaraq 20-ci və 55-ci pillələrdə qərarlaşıb.
Qız uşaqları arasında isə Olivia adı birinci yerdə qərarlaşıb. İlk beşliyə həmçinin Lili, Amelia, İsla və Florens adları daxil olub.
Xəbərdə həmçinin xatırladılır ki, ötən il ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Londonun "şəriət qanunlarına keçmək istədiyini" iddia etmiş, şəhərin meri Sadiq Xanı tənqid edərək paytaxtın "xeyli dəyişdiyini" bildirmişdi.
Materialda qeyd olunur ki, Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi ölkənin Avropa İttifaqından ayrılmasından (Brexit) sonra daha da kəskinləşib. Halbuki bu məsələ Brexit qərarının əsas səbəblərindən biri hesab edilirdi.
Məlumata görə, 2018-ci ildən bəri La-Manş boğazını keçərək Böyük Britaniyaya 185 mindən çox qeyri-qanuni miqrant daxil olub.
Aydın
Şərhlər