Xəbər lenti

“Sumqayıt” portuqaliyalı baş məşqçi ilə anlaşdı
İdman19:46 09.07.2026

“Sumqayıt” portuqaliyalı baş məşqçi ilə anlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqası təmsilçisi "Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar” portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.