Xəbər lenti

Avropa Məhkəməsi Azərbaycana sorğu göndərdi
Ölkə12:42 01.11.2013

Avropa Məhkəməsi Azərbaycana sorğu göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Azərbaycana sorğu göndərib. 

Bu barədə məlumatı noyabrın 1-də Komitədən Əli İnsanovun vəkillərinə ünvanlanan məktubda xəbər verilir. 

Əli İnsanovun vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, bir neçə gün əvvəl keçmiş nazir Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi, Ali Məhkəmənin onun da məsələsinə baxılacağı pleniumun təxirə salınmasından Komitəyə şikayət edib: “Artıq biz Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsindən cavab almışıq. İş icraata götürülüb və qərarın icra olunmamasının səbəbi ilə bağlı artıq Azərbaycan tərəfinə sorğu göndərilib”. 

Qaynar.info