Xəbər lenti

Avropa Məhkəməsi qərarını açıqlayacaq
Ölkə06:20 29.06.2013

Avropa Məhkəməsi qərarını açıqlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 4-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı Şakir Rzaxanovun işi üzrə qərarını açıqlayacaq.

APA-nın AİHM mətbuat xidmətinə istinadən xəbərinə görə, 1961-ci il təvəllüdlü Ş.Rzaxanov qətldə təqsirləndirilərək həbs olunub və 1997-ci ildə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında ömürlük cəza çəkir.

Məhkum Avropa Konvensiyasının 3-cü maddəsinə əsaslanaraq əlverişsiz saxlanma şəraitindən, o cümlədən saxlanıldığı kameranın kiçik olmasından, ventilyasiya sisteminin olmamasından, keyfiyyətsiz yeməkdən və s.-dən şikayət edib. Ş.Rzaxanov həmçinin iddia edib ki, 2004-cü ilin yanvar ayında həbsxana nəzarətçiləri tərəfindən pis rəftara məruz qalıb və döyülüb.

Qaynar.info