Xəbər lenti

Avropa nəhayət Trampa belə bir razılaşma təklif etməlidir... – Bundestaqda təklif
Dünya 18:06 09.12.2024

Avropa nəhayət Trampa belə bir razılaşma təklif etməlidir... – Bundestaqda təklif

Bundestaqın beynəlxalq məsələlər komitəsinin rəhbəri Mihael Rot Avropa İttifaqını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Ukraynaya dəstəyin davam etdirilməsi barədə razılığa gəlməyə çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Rheinische Post” məlumat yayıb.

Rot xatırladıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti nə Kiyevə hərbi yardımın davam etdirilməsi, nə də Vaşinqtonun NATO-da qalacağı barədə bağlayıcı açıqlamalar verib.

"Avropa, nəhayət, strateji təşəbbüsə keçməli və Trampa belə bir razılaşma təklif etməlidir: Aİ və Avropa dövlətləri Ukraynanın tam maliyyələşdirilməsini öz üzərinə götürəcək – Avropa dövlətlərinin hələ sahib olmadığı hərbi texnika isə ABŞ-dan Ukrayna üçün alınacaq", – deyə o bildirib.

Bundan əvvəl NATO-nun Avropa ərazisindəki qüvvələrinin keçmiş komandanı, ABŞ ordusunun təqaüddə olan generalı Ceyms Stavridis xəbərdarlıq etmişdi ki, Donald Tramp vəzifəyə başladıqdan sonra Avropa ölkələrini Ukraynanın maliyyələşdirilməsi məsələlərini müstəqil şəkildə həll etməyə məcbur edə bilər. Onun fikrincə, Tramp administrasiyası Ukrayna böhranı ilə məşğul olmaq istəməyəcək. Buna görə də, Kiyev və Moskva arasındakı münaqişəyə Trampın yanaşması Avropa dövlətlərindən bu problemi müstəqil həll etməyi tələb etməyə qədər sadələşə bilər, deyə amerikalı general qeyd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->