İsveç 2025-ci il dövlət büdcəsində müdafiə xərclərini 13 milyard kron (1,3 milyard dollar) artırmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin müdafiə naziri Pol Conson bildirib.
Qeyd edilir ki, bu yolla müdafiə xərclərinin ümumi məbləği 138 milyard krona (13,8 milyard dollar) çatacaq.
Pol Conson bildirib ki, hərbi xərclər bu il ÜDM-in 2,2%-dən 2025-ci ildə 2,4%-ə yüksələcək və 2028-ci ildə 2,6%-ə çatacaq.
İfrat sağçı İsveç Demokratlarının dəstəyinə arxalanan sağ mərkəzçi hökumət koalisiyası 2025-ci il üçün büdcə layihəsini sentyabrın 19-da parlamentə təqdim etməlidir.
Qeyd edək ki, martın 7-də İsveç rəsmi olaraq NATO-nun yeni - 32-ci üzvü olub.
Bundan sonra Paul Consson bildirib ki, NATO-ya daxil olmaqla İsveçə Ukraynanı daha çox sursatla təmin etmək və İsveç Silahlı Qüvvələrini gücləndirmək üçün arzu olunan potensiala çatmaq üçün iki ilə qədər vaxt lazım olacaq. İsveçin müdafiə komitəsi aprel ayında bildirmişdi ki, İsveç hərbi xərclərini 2030-cu ilə qədər ÜDM-in 2,6%-nə qədər artırmalıdır.
Aydın
Şərhlər