
Turnir zamanı xidmət göstərən taksi və avtobus sürücülərinin siyahısını MTN müəyyənləşdiribmiş…
Ötən ilin mayında Bakıda keçirilən birinci Avropa Oyunlarızamanı avstriyalı atletlərin vurulması ilə nəticələnən avtobus qəzasıilə bağlı məhkəmə prosesində keçmiş MTN-in bu hadisədəki rolu üzə çıxıb.Məlum olub ki, Avropa Oyunları dövründə idmançılara və qonaqlara xidmətgöstərən avtobus, taksi sürücülərinin siyahısını MTN müəyyənləşdirib.Bu fakt azadlıq. info -nun məlumatına gprə, dünən Bakı Ağır CinayətlərMəhkəməsində sözügedən qəzaya görə məsuliyyətə cəlb olunmuş şəxslərinişinə baxılarkən ortaya çıxıb.
Xatırladaq ki, bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfərçıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı,Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin keçmişəməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət AvtomobilNəqliyyatı Xidmətinin şöbə rəisi olmuş Hüseyn Salamov, Xidmətin BakıRegional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorununməsləhətçisi Fərid Əmiraslanov da var. Fərid Əmiraslanov istisnaolmaqla, digər üç nəfər həbsdədir. Əmiraslanovun barəsində isə başqayerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
SürücüVəli Əhmədova qarşı CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyatvasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəlisürülüb. O, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasınınüzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytin vurulması ilənəticələnmiş qəzanı törətməkdə təqsirləndirilir.
Polis əməkdaşı Elçin Həsənov qəza baş verərkən “Təhlükəsiz şəhər”kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb vəona CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağırnəticələrə səbəb olduqda) maddəsilə ittiham verilib.
Nəqliyyat Nazirliyinin əməkdaşları isə sürücü Vəli Əhmədovun xəttəçıxmasına imkan verib, qəzanın qarşısını almamaqda günahlandırılır.Onlara qarşı CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham irəlisürülüb.
Dünənki məhkəmə iclasında əvvəlcə dövlət ittihamçısı Eldar Həmzəyevittiham aktını elan edib. Mühakimə olunan dörd nəfərdən yalnız biri –avtobusun sürücüsü Vəli Əhmədov özünü təqsirli bilib.
Polis əməkdaşı Elçin Həsənov deyib ki, özünü CM-nin 308.2-ci maddəsilə yox, sadəcə, səhlənkarlıqda özünü təqsirli bilir: “Məni Ramil Usubov qəbul eləyəndə də dedi ki, ”səhlənkarlıq eləmisən”. Buna görə bir dəfə cəzamı da almışam…”
Həbsdə olan sürücü Vəli Əhmədov ifadəsində bildirib ki, təxminəniyirmi ildir avtobus idarə edir. Bundan əvvəl də yol qəzasına görəməhkumluğu olub. Əvvəllər 1 saylı marşrut xəttində avtobus idarə etmişVəli Əhmədovun dediyinə görə, o, Avropa Oyunlarında sərnişin daşımaqüçün konkret kiməsə müraciət etməyib: “Sonra 1 nömrəli xətti bağladılar, bizi təlimlərə göndərdilər. Yəni əvvəldən kurs keçmişik”.
Sürücü deyir ki, hadisə baş verən gün avtobusda hər hansı nasazlıqolmayıb, amma hərəkət edərkən əyləc sistemi sıradan çıxıb: “Qəfildənavtobus sürətlə getməyə başladı və əyləc işləmədi, nə qədər ayağımıbasdım, xeyri olmadı, dayanmadı. Bu zaman ürəyim sıxıldı, avtobus haragetdi, bilmədim. Qəza zamanı avtobusda olan polis əməkdaşı ”Sənneylədin?” deyib qışqırdı. Qəzadan sonra özümə gəldim və avtobusdandüşdüm. Amma dizlərim qatlanmışdı, ayaqlarım işləmirdi”.
Əməlindənpeşman olduğunu deyən sürücü qeyd edib ki, onun adının siyahıyasalınmasına görə onunla birlikdə mühakimə olunan Nəqliyyat Nazirliyininvəzifəli şəxslərini məhkəmədə görüb tanıyıb: “Mənim adımın əvvəlkisiyahıdan çıxarılması barədə məlumatım olmayıb”.
Daha sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil NəqliyyatıXidmətinin keçmiş şöbə rəisi Hüseyn Salamov dindirilib. Onun ifadəsindənməlum olub ki, Nəqliyyat Nazirliyi sürücülərin siyahısını tərtibedəndən sonra MTN əməkdaşları həmin siyahıları aparıb yoxlayırmış.MTN-dən sonra da siyahılar Xüsusi Dövlət Mühafizə Xidmətinəgöndərilirmiş. Hüseyn Salamovun sözlərinə görə, yekun siyahı MTN-lərazılaşdırılıb: “Təxminən 2 min nəfərlik siyahıdan 300-dən çoxadamın adını MTN-də çıxarmışdılar, 200-dən çoxunu da MühafizəXidmətindən. Hadisədən sonra bilmişəm ki, Vəli Əhmədovun adı birincisiyahıda keçməyib. Ikinci dəfə MTN ona ”hə” deyib. Mən verilən işinöhdəsindən gəlmişəm və hadisənin baş verməsində rolum olmayıb”.
Məhkəmə prosesi aprelin 29-da davam edəcək.
Xatırladaqki, “Yeni Müsavat”ın apardığı araşdırmalar zamanı məlum olmuşdu ki,oyunlardan 2 ay əvvəl nəqliyyat naziri Ziya Məmmədov “Bakı SərnişinNəqliyyatı” MMC-nin rəisi olan qardaşı oğlu Rövşən Məmmədovu işdənçıxarıb və onun yerinə Elimxan Tarix oğlu Hacıyev təyinat alıb. Bu şəxs odövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun yaxın qohumu,bibisi oğludur.
Bu təyinata qədər E.Hacıyev Nəsimi SuKanalizasiya İdarəsinin rəisi olub. Onun təyinatından sonra oyunlarzamanı sərnişin daşıyacaq avtobusların sürücülərinin seçilməsinə,onların avtobioqrafiyalarının yoxlanılmasına başlanıb. Sürücülərin təlimkeçməsi üçün büdcədən 1 milyon manat vəsait ayrılıb. Vəli Əhmədovu işəgötürən, onun bioqrafiyasının lazımi səviyyədə nəzərdən keçirilməməsinəgörə cavabdeh əslində Elimxan Hacıyev olub.
Bu gün E.Hacıyevtəqsirləndirilən şəxslərlə eyni skamyanı bölüşdürmür. Eldar Mahmudovunbibisi oğlunun bioqrafiyasında avtoqəza olan Vəli Əhmədovu işəgötürməsində hansı motivlərdən çıxış etməsi bilinmir.
Hələoyunlardan xeyli əvvəldən artıq ləğv olunmuş MTN-in NəqliyyatNazirliyinə çox böyük təsirinin olması məlum idi. Sabiq nazir EldarMahmudovun oyunlardan əvvəl Z.Məmmədovun qardaşı oğlunu NəqliyyatNazirliyinə tabe olan bir MMC-nin rəhbərliyindən çıxarıb bibisi oğlunuora yerləşdirə bilməsi buna sübutdur. Qəzada Eldar Mahmudovun izininolması haqda iddialar da səslənməkdədir.
Yada salaq ki,2015-ci il iyunun 11-də Atletlərÿkəndinin nəqliyyatdeposunda “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxıb vəhəmin vaxt səki ilə hərəkət edən Avstriyanın sinxron üzgüçülük üzrəyığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və VerenaBreyti vurub.