Dünya 17:22 23.11.2022

Avropa Parlamenti Rusiyanı “terrora sponsorluq edən dövlət” elan etdi

Avropa Parlamenti çərşənbə günü Ukraynada aparılan müharibəyə görə Rusiyanı "terrora sponsorluq edən dövlət” kimi tanıyan qətnamə qəbul edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt Strasburqda keçirilən plenar iclasda səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Sənədi 494 deputat dəstəkləyib, 58 deputat əleyhinə səs verib, 44 deputat bitərəf qalıb. Səsvermədə ümumilikdə 596 deputat iştirak edib.

Qəbul edilmiş qətnamənin Avropa İttifaqı üçün birbaşa hüquqi nəticəsi yoxdur, lakin avropalı deputatların əksəriyyətinin fikrini əks etdirir. 

Hazırda Aİ-də ölkələrin terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi üçün hüquqi baza yoxdur.

Xatırladaq ki, daha əvvəl ABŞ bəyan etmişdi ki, Rusiya Amerika qanunları ilə müəyyən edilmiş terrorizmə sponsorluq edən dövlət çərçivəsinə sığmır, çünki ABŞ qanunları bu terminin Avropadan bir qədər fərqli tərifini verir.

Alpər