Avropa birjalarında səhmlər bazar ertəsi enir. Bu, ABŞ prezidenti Donald Trampın cümə günü verdiyi bəyanatdan sonra baş verib. Tramp polad və alüminium idxalına tətbiq edilən rüsumları 25%-dən 50%-ə qədər artırmağı planlaşdırdığını bildirib.
Qaynarinfo xəbər verir ki, saat 12:31-a olan məlumata görə, panavropa indeksi STOXX 600 0,1%
ucuzlaşıb.
Ən çox ucuzlaşan səhmlər:
Iveco Group – 3,7%,
Barry Callebaut – 3,6%,
Clariant – 3,5%.
Almaniyanın DAX indeksi 0,3%, Fransa səhm bazarı isə 0,4% azalıb.
Bunun fonunda Britaniyanın FTSE 100 indeksi isə 0,1% artıb.
Alpər
Şərhlər