Xəbər lenti

Avropada yeni
Dünya 12:28 03.11.2023

Avropada yeni" epidemiya: Ukrayna hadisələri və COVID-19-un təsiri

Avropa Ukraynadakı münaqişə və COVID-19 pandemiyasının nəticələrinin yaratdığı əhali depressiyası şəklində yeni bir "epidemiya" ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnteria" nəşri Polşa İqtisadiyyat İnstitutuna (PİE) istinadən yazıb.

PIE araşdırmasına görə, Avropa İttifaqı respondentlərinin 62%-i mənfi psixi vəziyyətini Ukrayna problemi və pandemiya ilə əlaqələndirib. Bu psixi problemin iqtisadi nəticələrini də müəyyən etmək mümkündür.

"Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə ümumi xərclər ÜDM-in 4,2 faizini və ya 600 milyard avrodan artıqdır. PIE hesab edir ki, bu xərclərin 1/3-dən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır", deyə nəşr yazır.

Bildirilib ki, ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri bir yuxusuz gecənin dopamin ifrazının artması ilə əlaqəli depressiya əlamətlərini yüngülləşdirə biləcəyini müəyyən ediblər.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->