Xəbər lenti

Avstrailya kubokunda nasist qalmaqalı
İdman 22:56 03.10.2022

Avstrailya kubokunda nasist qalmaqalı

Avstraliya futbolu şənbə günü ölkə kubokunun finalı zamanı yol verilən "nasist" qalmaqalı ilə çalxalanır.

Qaynarinfo xəbər verir ki, "Sidney United 58" azarkeşlərinin "Hitler salamı" şüarları səsləndirməsindən sonra ortaya çıxan videolar ölkədə böyük səs-küyə səbəb olub.

"Macarthurt"un "Sidney Yunayted 58"i 2-0 hesabı ilə məğlub etdiyi matçda tribunada 16 min adam olub. Oyundan əvvəl "Sidney Yunayted 58"in bəzi azarkeşləri dövlət himninə etiraz edib və faşist himnlərini oxuyublar. Ustaşa (1929-1945-ci illərdə fəaliyyət göstərən xorvat, faşist, ultra-millətçi təşkilat) ilə bağlı simvolların nümayiş olunduğu tribunalarda bəzi fanatlar kameralara "Hitler salamı" verib. Ustaşa ikinci dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən və müharibə cinayətlərində, etnik təmizləmədə, həmçinin bir çox soyqırım aktlarında iştirak edən faşist qrupu olub.

Avstraliya Futbol Assosiasiyası hadisənin bir qrup "azlıq” tərəfindən tərəfindən törədildiyini bildirib, görüntülərin araşdırıldığını və matç zamanı 8 azarkeşin stadiondan uzaqlaşdırıldığını açıqlayıb.

"Sidney Yunayted 58" 1958-ci ildə xorvat mühacirlər tərəfindən yaradılıb.
 



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->