Xəbər lenti

Avtobus aşdı: xəsarət alanlar var (QƏZA)
Ölkə06:49 14.04.2013

Avtobus aşdı: xəsarət alanlar var (QƏZA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 477-ci km-də baş verib

Bu gün səhər saatlarında Qazax rayonunda, Bakı-Qazax yolunun 477-ci km-də "Mercedes" markalı avtobus yolun kənarına aşıb.

Qaynar.info-nun FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:25-də xilasedicilər tərəfindən başa çatıb.

Qaynar.info