Xəbər lenti

Avtobus kartlarına niyə qəpiklə gediş haqqı yükləmək olmur? - VİDEO
Ölkə16:39 30.01.2014

Avtobus kartlarına niyə qəpiklə gediş haqqı yükləmək olmur? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov məsələyə aydınlıq gətirib

Bu gün səhərdən 1,5,6,9,10,11,13,14,15,17 və sair marşrutlarda kart sistemi tətbiq edilib. Sərnişinlər həmin kartları Nəqliyyat Nazirliyinin dayanacaqlarda işləyən əməkdaşlarından və köşkdlərdən əldə edə bilərlər . Bir kartın qiyməti 3 manatadır. 2 manat sığorta depoziti,1 manat isə karta gediş haqqı kimi yüklənir. Yeni sistemə keçid marşrut avtobuslarında yaşanan bir sıra xoşagəlməz halları aradan qaldıracaq. İlk növbədə isə sürücü ilə sərnişin arasında birbaşa ünsiyyət olmayacaq. Kart sisteminin tam tətbiqindən sonra sərnişinlər bir qayda olaraq marşruta qarşı tərfədən minib, arxa tərəfədən düşəcəklər. Metro kartındakı kimi nəqliyyat kartına qəpiklə gediş haqqı yükləmək mümkün olmayacaq ki, bunun da bir sıra səbəbləri var.

NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Namiq Həsənov: “Paypointlərdə də manatdır.Orada qəpik söhbəti yoxdur. Bu sərnişinlər üçün daha rahat olacaq. Bir manat yükləyən sərnişin 5 dəfə gedib-gələ biləcək”

Kart sisteminə keçid əksər sürücüləri narazı saldığı halda bu sərnişinlərin ürəyindəndir. Avtobus kartlarından öncə metro kartlarının istifadəsinə vərdiş edən sərnişinlər avtobusların da bu sistemə keçməsindən olduqca məmnundurlar.

Sürücülər isə hələki bu sistemdən razı deyillər. Hər halda sürücülərlə söhbətdən belə başa düşdük ki, kart sisteminə keçilsə də, onların qarşısına qoyulan plan qüvvədən düşməyib.

Kart sistemi ilə yanaşı marşurut avtobuslarında hələ ki, nəğd ödənişdə qalıb. Yəni kim istəyir kartla, kim istəyirsə nəğd pulla gediş haqqını verə bilər. Elə Nəqliyyat Nazirliyinin əməkdaşı da deyir ki, nəğd pulla gediş qaldığından plan saxlanılıb.

Avtobusların hər birində tam olaraq kart sisteminə keçəndən sonra planda ləğv edilərək sürücülərin hər birinə stabil əmək haqqı da veriləcək. Bunun isə tam tətbiq olunması üçün fevral ayını gözləmək lazımdır.

Qaynar.info