Xəbər lenti

Avtobus "Azneft"də belə qəza törətdi - VİDEO
05:38 06.03.2015

Avtobus "Azneft"də belə qəza törətdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yol hərəkəti qaydalarını pozaraq qəza törədən ictimai nəqliyyatın əks olunduğu video yayılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə 193 saylı marşrut avtobus sürücüsünün sağdan hərəkət edən avtomobillərin yoluna çıxması nəticəsində baş verib.
Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları ilə qeydə alınan bu yol qəzası Bakının "Azneft" meydanında baş verib. Videodan da göründüyü kimi, 193 saylı marşrut avtobusu dairədə hərəkətdə olarkən sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxır və qəza baş verir.
Qeyd edək ki, 193 saylı marşrutun "Binə" ticarət mərkəzinin direktoru Kəbirə Məmimədovaya məxsus olduğu bildirilir. Son illər ən çox narazılıq olan marşrutlardan biri də məhz 193 saylı marşrutdur. Bu marşrutdakı avtobusların əksəriyyətinin aylarla ödənilməyən cərimələri də var.
Qaynar.info

Oxşar xəbərlər