
Milli Məclisin 30 sentyabr tarixli iclasında “Yol Hərəkəti haqqında” qanuna dəyişikliklər nəzərdə tutan layihə müzakirə ediləcək.
Milli Məclisin deputatı Vüsal Hüseynov bildirib ki, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən ediləcək ki, bu da ictimaiyyətin maraqlarına uyğundur.
Belə ki, “D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.