Xəbər lenti

Avtobus sürücülərinə qarşı reydlər keçirilir (VİDEO)
Ölkə18:44 19.04.2013

Avtobus sürücülərinə qarşı reydlər keçirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın müxtəlif yerlərində yoxlamalar olub, çoxlu sayda qayda pozuntusu aşkarlanıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qayda pozan avtobus sürücülərinə qarşı tədbirlər həyata keçirir. Son günlər avtobusların iştirakı ilə baş vermiş qəzalardan sonra paytaxtın müxtəlif yerlərində yoxlamalar olub, çoxlu sayda qayda pozuntusu aşkarlanıb.

Qayda pozuntusu vaxt irilmədən avtobus sürücüsünün nəzərinə çatdırılır. Dərhal da Dövlət Yol Polisi tərfindən cəza tədbiri görülür. 

Paradoks ondadır ki, bəzən bir dəfə cərimələnən sürücü eyni əməli törətməkdən çəkinmir. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, bu cür reydlərin əsas məqsədi avtobus sürücülərini qayda pozuntularından uzaqlaşdırmaq, bununla da qəzaların qarşısını almaqdır: “Bu gün 30-dan çox qayda pozuntusu qeydə alınıb”. 

Xatırladaq ki, ilin əvvəlindən 16 avtobus sürücüsü sürücülük vəsiqəsindən məhrum edilib./ans.tv/