Xəbər lenti

Avtobus sürücüsündən insanlığa sığmayan əməl -Bakıda
Ölkə08:04 24.10.2014

Avtobus sürücüsündən insanlığa sığmayan əməl -Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu 15 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb. Bakı şəhər Baş Polis İdarəsindən Qaynar.info-ya verilən məlumata görə, hadisə S.Ə.Şirvani küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Qız ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi “Daewoo” markalı avtobusla birlikdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info